6451

"Biz kosmosa yollananda..."

Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır.

HMTV.az-a verdiyi məlumata görə, bunu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Ceyms Braydenstayn deyib.

 

C.Braydenstayn bildirib: "Biz kosmosa yollananda Yerdəki mövcud fikir ayrılıqları aradan qalxır. Mən düşünürəm ki, bu hər iki ölkə üçün qarşılıqlı fəaliyyətin müsbət kanalıdır".

NASA-nın rəhbəri qeyd edib ki, biz qəsdən hərbi əməliyyatların keçirilməsində iştirak etmirik, çünki bütün dünyada əməkdaşlarımızın olmasını istəyirik: "Biz "Apollon" proqramı vaxtlarından Rusiya ilə əməkdaşlıqda maraqlıyıq"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR