8440

Evdə elə bir şey etdi ki, valideynlərinin ölümünə SƏBƏB oldu - DƏHŞƏT

Türkiyənin İzmir şəhərində yaşayan 21 yaşlı kimya tələbəsi evdə təcrübə keçərkən bədbəxt hadisə baş verib.

HMTV.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə dünən 22:30 radələrində Soğukkuyu məhəlləsində baş verib. Doqquz Eylül Universitetinin Kimya fakültəsində dərs alan 21 yaşlı Mahmut Can Kalkan evdə təcrübə keçmək üçün internetdən sionid turşusu sifariş verib. Sınaq zamanı balaca qardaşı sionid turşusu olan qabı yerə töküb. Gəncin evdə olan ana-atası, qardaşları və özü sioniddən təsirlənməyə başlayıblar.

Ailə dərhal polis, təcili yardım və xilasetmə briqadasını çağırıb. Xəstəxanaya çatdırılmasına baxmayaraq, ata və ananın həyatını xilas etmək mümkün olmayıb. Uşaqların isə xəstəxanada müalicələri davam etdirilir.

Polis hadisənin baş verdiyi binanı nəzarətə alıb, sakinlər evlərindən təxliyə edilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR