2502

"Ölkəmiz dünyada inkişaf etmiş dövlət kimi tanınır": Baş Nazirin müavini

"Azərbaycanda təhsil, səhiyyə və digər sahələrdə, eləcə də, həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı böyük işlər görülüb".

HMTV.az-ın məlumatına görə, bunu Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, dünyanın dəyişdirilməsi ilə əlaqədar qarşıya qoyulan 17 hədəf içərisində Azərbaycan üçün birbaşa hədəf olmayan məsələlər var:

"Məsələn təhsil, səhiyyə və əhalinin rifah halının yüksəldilməsi ilə bağlı məsələlər bizim üçün birbaşa hədəf deyil. Azərbaycan artıq bu hədəflərə çatıb. Lakin insanların həyat rifahının yaxşılaşdırılması, inkişafın yüksək pilləsinə çatmaq üçün həmin hədəflər əhəmiyyət kəsb edir".

Baş nazirin müavini bildirib ki, dünyada bir tərəfdə inkişaf gedir, digər tərəfdə isə kasıbçılıq müşahidə olunur və insanlar yoxsulluqdan əziyyət çəkirlər:

"Dövlətlər arasında qeyri-bərabərliyin olması gərginliyə gətirib çıxarır. Çalışırıq ki, insanların yaşam tərzi müasir çağırışlara uyğun olsun. Azərbaycan dayanıqlı inkişafla bağlı proqramı layiqincə yerinə yetirir. Ölkəmiz dünyada inkişaf etmiş dövlət kimi tanınır. Azərbaycanda bütün sahələrdə inkişaf gedir. Ölkəmiz yüksək-orta inkişaf səviyyəsinə çatmış dövlət kimi qəbul olunur. İnkişafın təmin edilməsi baxımından hədəflər ölkəmiz üçün də önəmlidir".

Əli Əhmədov bildirib ki, insanların işlə təmin olunması dövlətlə yanaşı, özəl sektorun da öhdəsinə düşür: "Azərbaycanda özəl sektorun inkişafı üçün bütün şərtlər təmin edilib. İxrac potensialının artırılması üçün imkanları axtarılır. Azərbaycanda iqtisadiyyatın 80 faizi özəl sahədən ibarətdir. Çalışmalıyıq ki, özəl sektor şəffaf fəaliyyət göstərsin, insanların sosial müdafiəsi təmin edilsin. Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyindən irəli gələn məqsədlərə nail olunması istiqamətində aparılan işlərə, biznes qurumlarının cəlb olunması, dövlət-özəl sektor əməkdaşlığında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR