3210

"Ümumi daxili məhsulda özəl sektorun payı 85%-ə çatıb": Sahib Məmmədov

"Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindəndir".

HMTV.az-ın məlumatına görə, bunu "Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu" mövzusunda keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. Son zamanlar köklü islahatların aparıldığını vurğulayan Sahib Məmmədov bu sahədə görülən işlərin nəticəsi olaraq, ümumi daxili məhsulda özəl sektorun payının 85%-ə, məşğulluqda isə 76%-ə çatdığını qeyd edib:

"Bütün bunlar isə DİM-in səmərəli icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Özəl sektora göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri dövlət-özəl sektor münasibətlərini daha da inkişaf etdirməklə qarşıya qoyulmuş hədəflərə nail olunmasına öz töhfəsini verir".

Sahib Məmmədov əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib:

"Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycandünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR