5242

Azyaşlılara siqaret satanlara qarşı reyd keçirildi

Gəncədə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.HMTV.az MƏTBUAT.az-a istinadən xəbər verir.Bu barədə Metbuat.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 6 mağaza aşkar edilib.

 

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq bundan sonra da davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR