5011

"Müxalifətin bəzi dairələri Azərbaycanda baş verən proseslərinin mahiyyətini ciddi şəkildə təhrif edir": Əli Əhmədov

"Çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, müxalifətin bəzi dairələri Azərbaycanda baş verən proseslərinin mahiyyətini ciddi şəkildə təhrif edirlər. Onlar bir sıra yalanlar uydurmaqdan belə yayınmırlar".

HMTV.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə bunların hamısı Azərbaycanın reallıqları ilə kəskin təzad təşkil edir:

 

"Bu il ərzində prezident İlham Əliyevin imzaladığı bir çox sərəncamlarla Azərbaycan vətəndaşlarının böyük bir kütləsinin əmək haqqı, pensiyaları və vətəndaşların ayrı-ayrı kateqoriyaları üzrə ödənən güzəştlər və müavinətlər ciddi şəkildə artıb. Minimum əmək haqqı 40 faizə qədər artıb, pensiyalar 40 faizə qədər artıb, bir çox müavinətlər var ki, iki dəfə artıb, bəzi müavinətlər 50 faiz artıb. Bütün bunların hamısı Azərbaycanın yaşadığı reallıqlardır. 600 mindən çox insanın minimum əmək haqqı artıb, pensiyaların artması nəticəsində də 600 minə yaxın insanın pensiyası artıb".

Baş nazirin müavini bildirib ki, Azərbaycanda təxminən 2 milyon yarım ailə var. Bu o deməkdir ki, artım Azərbaycandakı bütün ailələri əhatə edir".

Baş nazirin müavini bildirib ki, Azərbaycanda inflyasiya bir rəqəmli səviyyədədir:

"Ölkədə müxalifətin iddia etdiyi dərəcədə inflyasiya mövcud deyil. Yay sezonun başlaması ilə əlaqədar ərzaq məhsullarının qiymətlər aşağı düşməsi müşahidə edilir və bu, bundan sonra davam edəcək. Ölkədə idxalın artması isə insanların alıcılıq qabiliyyətinin artması deməkdir. Bir neçə ay əvvəl dünyada neft qiymətlərinin kəskin aşağı olması səbəbi ilə idxalın azalmasından şikayət edirdik. Alıcılıq qabiliyyəti azalmışdı, Azərbaycan xaricə məhsul idxal etsə də, ölkədə istifadə olunan məhsullarının böyük hissəsi idxal olunur".

Əli Əhmədov onu da qeyd edib ki, ölkəyə idxalın artması insanların alıcılıq qabiliyyətinin artması deməkdir:

"Demək insanların yaşayış səviyyəsi artıb. Ölkəyə gələn mallar çoxdursa, alan da çoxdur deməkdir.

Buna kimsə başqa mənada qiymət verirsə, sadəcə olaraq onun məntiqi yerində deyil deməkdir. Azərbaycanda son zamanlar ixrac əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda ixrac ölkəyə daxil olan mallardan, idxaldan əhəmiyyətli dərəcədə yüksəkdir, saldo müsbətdir. Bunu müsbət tendensiya hesab edirəm, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması sayıram. İdxal ona görə artıb ki, son vaxtlar Azərbaycanda maaşlar, pensiyalar müavinətlər artıb. Biznesdə də buna həssaslıq göstərərək idxal olunan malları artırıblar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR