3487

"Ac olduğumuz zamanlarda 2 övladımı itirdim" - Nadir.

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə olub.

HMTV.az azxeber.com-a istinadən bildirir ki, ifaçı maddi sıxıntıları ucbatından 2 övladını itirdiyini deyib:

"Aclıqla sınağa çəkildiyim zamanlar olub. 2 övladımızı itirdik. 1 qız və 1 oğlan. Vaxtında və düzgün qidalanmamaqdan, pulsuzluqdan, həkimə gedə bilməməkdən olub.

O vaxt yoldaşımla elə bilirdik ki, problemimiz var. Hətta ayrılmaq fikrimiz vardı. Fikirləşirdik ki, bəlkə həyatımızı başqa-başqa adamlarla qursaq, övladımız olar.

Amma mən yoldaşıma dedim ki, biz ailə quranda səninlə müqavilə bağlamamışdıq ki, sənin övladın olarsa, yaşayarıq, olmazsa, boşanarıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR