4881

Müğənni pərəstişkarının çənəsini sındırdı

Münhendəki barların birində "Rammstein" qrupunun solisti Till Lindemann davaya düşüb. 
HMTV.az "Ölkə.Az"a istinadən xəbər verir ki, müğənni pərəstişkarının çənəsini sındırıb.

İnsident Münhenin "Bayerişer hof" otelinin barında baş verib. Lindemann dostu və rəfiqəsi Lana ilə pivə içirmiş. Hamburqun 54 yaşlı sakini onunla foto çəkdirmək istəyib. Onun bu təklifinə müğənni rədd cavabı verib. Bu zaman pərəstişkar Lindemanın rəfiqəsini təhqir edib. Müğənni özünü saxlaya bilməyib və pərəstişkarının sifətinə yumruq zərbəsi endirib. Barın işçiləri polisi çağırıblar. 
Həkimlər müəyyən ediblər ki, 54 yaşlı pərəstişkarın çənəsi sınıb. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR