2494

Yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub.

 

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR