7999

Bakıda maraqlı evlilik təklifi: konsertdə, hər kəsin gözü qarşısında... - FOTO

Əməkdar artist Miri Yusifin "Yaşıl teatrda 3 gün" adlı solo konserti baş tutub.

HMTV.az oxu.az-a istinadən xəbər verir ki, ağ libasda səhnəyə çıxan Miri Yusif "Ruh əkizlərim" mahnısı ilə konsertini açıq elan edib. Müğənnin konsertində fanat seli yaşanıb. Böyük coşqu ilə keçən konsertdə gözlənilmədən yağış yağmağa başlayıb. Bütün bunlara rəğmən konsert öz axarı ilə davam edib.

Hitləri ard-arda düzən sənətçi qeyri-adi addım atıb. Belə ki, Miri Yusif səhnədən yaxın dostuna səslənib. Bu anda isə həmin şəxs sevdiyi xanıma bütün tamaşaçıların önündə evlilik təklifi edib. Əməkdar artist onların şərəfinə "Qiymətlim" adlı mahnısını səsləndirib. 
Bakıda maraqlı evlilik təklifi: konsertdə, hər kəsin gözü qarşısında... - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR