1257

Ermənilər əsgər çatışmazlığını görün hansı yolla həll etmək istəyir

Ermənistanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrin tərkibində daha çox müqaviləli hərbi xidmət keçənləri görmək istəyir. HMTV.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu erməni hərbi ekspert David Arutyunov deyib.

Onun sözlərinə görə, ordunun tam müqaviləli hərbi xidmətə keçməsi məsələsi hələlik gündəmdə deyil: "Müqaviləli hərbi xidmət keçənlərin sayını da heç olmasa 50 faizə qədər artırmaq da planda yoxdur".

 

Ekspert bildirib ki, son illərin siyasəti davam edir: "Bu siyasətlə iki məsələ həll edilməyə çalışılır. Birincisi, daha çox təhlükə törədən hərbi mövqeləri müqaviləli hərbçilərlə komplektləşdirməkdir. İkincisi isə orduda say məsələsini həll etməkdir. 90-cı ilərin demoqrafik böhranı ordu sıralarındakı qulluqçuların sayına hazırda güclü təsir edir".

Xatırladaq ki, Ermənistan parlamenti iyunun 4-də orduda müqaviləli xidmət keçmək istəyən vətəndaşlar üçün yaş həddinin 40-dək artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
+994507003596 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR